Milli Məclis siqarlara görə vergi dərəcəsini artırır

img

06-06-2018 [11:38]


Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.


Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.


Məcəlləyə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə olunacaq.

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA