05-06-2018 [14:15]
Milli Məclisinin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Komitə sədri Əhliman Əmiraslanov və bəzi deputatlar layihədəki "ölü donor” termininin dəyişdirilməsini təklif ediblər. Layihə ilə bağlı əlavə təkliflər də səsləndirilib.
Dəyişikliklərin məqsədi beyin ölümü keçirən insandan donor kimi istifadə edilməsinə icazə verilməsidir.
Bununla ələqadar qanunun "Əsas anlayışlar” bölməsinə "ölü donor-ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunub.
Bundan başqa, "Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.
Hazırki qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istfadə edilməsinə yazılı razılığını verərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər.
Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş -bacılarından biri), və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.
Layihəyə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu halda məhkəmə - tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).
Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansi bir icazə və vəsiyyət olunmadan da alına bilər. Meyitdən alınmış orqanların transplantasiyası növbəli qaydada, tibbi göstəriş əsasında öncəliklə Azərbaycan Respublikası vətəndaşlarına olunmalıdır.
Qanunun 10-cu (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) maddəsinə edilən əlavəyə əsasən, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında verilir. Həkim briqadası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.
Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunduğu (hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokol donor orqanının alındığı tibb müəssissəsində 15 (on beş) il saxlanmalıdır.
11-ci (Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi) maddəyə əsasən, meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.
Yeniliyə əsasən isə, meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsi prosesi məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılır və ya ekspertiza orqanlar alındıqdan sonra həyata geçirilir.
Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.
Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.
Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb. Deputatlar layihənin yenidən müzakirə olunmasını, irəli sürdükləri təkliflərin də layihəyə daxil edilməsini vacib sayıblar.
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL