Novruz Məmmədov Mamadu Sano Qomesi qəbul etdi - FOTO

img

05-06-2018 [10:10]


Baş nazir Novruz Məmmədov Qvineya-Bisau Respublikası prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomesi qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycanla ikitərəfli əlaqələrin öz ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının prezidenti Joze Mario Vazın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubu baş nazirə təqdim edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA