“Nəyə görə getməliyəm?” - Xaləddin İsgəndərov danışdı

img

04-06-2018 [14:44]


"Mən nəyə görə öz ölkəmi tərk etməliyəm? Azərbaycan dünyada ən gözəl ölkələrdən birdir. Hazırda vətənimdəyəm, Azərbaycandayam dincəlirəm. İşinizlə məşğul olun”.

Mia.az xəbər verir ki, bu sözləri "Bizim Yol"a açıqlamasında Binəqədinin sabiq icra başısı Xaləddin İsgəndərov Almaniyaya köçməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

O, hazırda istirahət etdiyini qeyd edib:

"Jurnalistlər mənim haqda nəsə yazırlar, belə xəbərlər yalandır. Mən Azərbaycanı çox sevirəm burda da yaşayacam. Hələ ki, heç bir işlə məşğul deyiləm. İstirahət edirəm.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA