?Qalatasaray? Frank Raykardla müqaviləyə xitam verdi

img

20-10-2010 [03:13]


Türkiyənin ?Qalatasaray? klubunun rəhbərliyi Frank Raykardla klub arasında imzalanmış müqaviləyə xitam verilməsinə qərar verib. Yaxın günlərdə klubun baş məşqçiliyi postuna isə 1999-2000-ci illərdə ?Qalatasaray?a Türkiyə çempionluğu və UEFA Kubokunu qazandıran Fatih Terimin gətiriləcəyi bildirilir. Xatırladaq ki, Frank Raykard 15 ay əvvəl ?Qalatasaray?a baş məşqçi təyin olunub. İstanbul klubu hollandiyalı futbol mütəxəssisinin rəhbərliyi altında 67 oyunda meydana çıxıb. ?Qalatasaray? bu oyunların 30-da məğlub olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA