Azərbaycanda 23 əcnəbi saxlanılıb - FOTOLAR

img

31-05-2018 [11:38]


Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.

Xidmətdən Mia.az-a verilən xəbərə görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin əra­zi­sin­də qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub. Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA