FiFA nümayəndələri ölkəmizdə səfərdədirlər

img

20-10-2010 [12:03]


FİFA-nın yarışların keçirilməsi departamentinin stadionlar və infrastruktur üzrə mütəxəssisləri Oliver Voqt və Neriko Digues, marketinq üzrə mütəxəssis Mark Palliopi, hotellərlə tanışlıq üzrə mütəxəssis Metyu Hardinq Azərbaycanda səfərdədirlər. AFFA-dan bildiriblər ki, səfərin məqsədi 2012-ci ildə Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq, stadionlar, hotellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaqdır. FİFA nümayəndələri U-17 qızlar arasında mundialın yerli təşkilat komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək indiyə qədər görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparmışlar. Bakıda fəaliyyət göstərən, inşası davam edən stadionlarla, hotellərlə tanış olan beynəlxalq futbol qurumunun üzvləri oktyabrın 20-də Lənkərana yola düşmüşlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA