Azad Rəhimov Meksikada idmana məsul nazirlərlə görüzəcək

img

20-10-2010 [11:45]


19 oktyabr tarixindən başlayaraq Meksikanın Akapulko şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasına start verilib. MİA-nın xəbərinə görə, Assambleyada Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə təmsil edir. Assambleya əsnasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub. Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada Gənclər və İdman naziri Azad Rəhimovun Meksikanın, o cümlədən digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır. Tədbir 24 oktyabr tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA