Rəsmi Parisdən Qarabağla bağlı bəyanat: "Fransanın bu barədə böyük öhdəlikləri var"

img

27-05-2018 [14:33]


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil".

"Report” xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib: "Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA