25-05-2018 [16:00]
Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun növbəti məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, məhkəmədə çıxış edənArif Alışanovun vəkili Zaur Abasov bildirib ki,məhkəmə iclasında iştirak edən KİV-nin nümayəndələri dəfələrlə özlərinin dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır olan ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yalnış fikir yaratmaq istəyirlər:
"Bildiyiniz kimi, 2013-2016-cı illər ərzində Şücayət Əkbərov Arif Alışanova Şamaxı rayonu Nağaraxana kəndi ərazisində bahalı qiymətə satılan torpaq sahələrini göstərərək, onların müxtəlif vətəndaşlar tərəfindən satıldığını bildirib. Arif Alışanov Şücayət Əkbərovu uzun illər tanıdığından və ona tam etibar etdiyindən, həmin torpaqları almaq məqsədilə qeyd olunan torpaqların pulunu müxtəlifvaxtlarda və məbləğlərdə Şücayət Əkbərova ödəyib. Şücayət Əkbərov Arif Alışanova qarşı dələduzluq edərək, faktiki olaraq Kürdəmir rayonunun ərazisində yerləşən hektarının qiyməti dəfələrlə ucuz olan torpaq sahələrini alaraq, müxtəlif şəxslərin adlarına rəsmiləşdirmiş, digər hallarda isə Şamaxı rayonunun müxtəlif ərazilərində kənd təsərrüfatı və turizm təyinatlı torpaq sahələri göstərərək satıldığını bildirməklə həmin torpaqların dəyərini təşkil edən məbləğləri Arif Alışanovdan alaraq, ümumiyyətlə heç bir rəsmiləşdirmə aparmayıb, dələduzluqla həmin pulları da mənimsəyib. Bundan başqa, Arif Alışanov Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 5 hektar və 6,5 hektar torpaq sahələrini alaraq Şücayət Əkbərovdan həmin sahələri özü ilə arvadı Səlimə Ənvər qızı Sadıqovanın adına rəsmiləşdirməyi xahiş edib. Daha sonra, Şücayət Əkbərov faktiki olaraq özünəməxsus olmaqla, qohumunun adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Mədrəsə qəsəbəsi Nizami Gəncəvi küçəsi 26 ünvanında yerləşən evini Arif Alışanova satmış, lakin rəsmiləşdirməsini müvafiq qaydada həyata keçirməmişdir. Arif Alışanov bir neçə ədəd Gəncə traktor zavodunda istehsal olunmuş traktor, kotan, dırmıq və sair kənd təsərrüfatı texnikasının lizinqə alınması ilə bağlı öz qohumları ilə razılığa gəldikdən sonra, həmin texnikanın pulunu Şücayət Əkbərova verərək, onu nümayəndəsi kimi həmin texnikanın qəbul edib,bir hissəsini özünə yaxın olan şəxslərin adına rəsmiləşdirməsini xahiş edibvə Şücayət Əkbərov həmin texnikaların bir hissəsini özünün, arvadı Səlimə Sadıqovanın, sürücüsü Aqşin Hüseynovun adına rəsmiləşdirib. Şücayət Əkbərov 2016-cı ilin dekabr ayında dələduzluq əməlləri ilə ələ keçirdiyi külli miqdarda pul vəsaitlərini və Arif Alışanov tərəfindən dəyəri ödnilən torpaq sahələrini A.Alışanovun müəyyən etdiyi şəxslərin adlarına rəsmiləşdirilməsini tələb etməsi ilə əlaqədar, eləcə də, adlarına rəsmiləşdirdikləri Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisindəki torpaqlara, kənd təsərrüfatı texnikasına, pulunu aldığı Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evinə və digər əmlaklara sahib çıxmaq və mənimsədiyi pulları qaytarmamaq və dələduzluq cinayət əməlini gizlətmək məqsədilə, mütəşəkkil cinayət qrupu yaradaraq, bu qrup üzvləri vasitəsi ilə Arif Alışanovu qətlə yetirmək istəyib. Şücayət Əkbərov Arif Alışanovu qətlə yetirmək üçün cinayətkar qrupun digər üzvlərinə 600.000 manat pul təklif edibvə bu məqsədlə müxtəlif odlu silahlar əldə etmişdir. Sonradan, qətli avtoqəza nəticəsində həyata keçirməsi üçün adları iş materiallarında keçən və 23.05.2018-ci il tarixində şahid qismində dindirilmiş şəxslərdən "NİVA" markalı avtomaşını alaraq Zöhrab Şirinov vasitəsilə, həmin avtomaşınla Arif Alışanovun sürücüsü tərəfindən idarə olunan "Toyota Land Cruiser” markalı avtomaşını vuraraq qəsdən dərəyə salmaq məqsədilə bu qətli həyata keçirmək istəyib. Təqsirləndirilən şəxslərin bu və digər cəhdələrinin baş tutmamasının səbəbi isə iş üzrə şahid qismində keçən Müsabi Namazovun qabaqcadan verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinin əməkdaşlarının keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyata keçirilməsi mümkün olmamışdır”.
Vəkil Zaur Abasov diqqətə çatdırıb ki, bu günə qədər iş üzrə təqsirləndirilən şəxs olan Şücayət Əkbərov keçirilən məhkəmə iclasları zamanı, dəfələrlə Arif Alışanova şər və böhtan atıb: "Onlar guya Arif Alışanovun özünün olduğu və sürücüsünün idarə etdiyi avtomaşının baqaj hissəsində qız meyidinin olmasını göstərməklə, bu günə qədər ictimaiyyəti çaşdıraraq, Arif Alışanova qarşı heç bir sui-qəsdin törətməsinə cəhd etmədiyini israrla bildirir. Əvvəlki keçirilən məhkəmə iclaslarında zərərçəkmiş şəxslər və şahidlər dindirilmədiyindən, biz indiyə qədər Şücayət Əkbərovun Arif Alışanova qarşı irəli sürülən və əsassız olan ağır ittihamları ilə bağlı fikir bildirməmişdik. Əslində, Şücayət Əkbərovun əsassız ittihamlarına münasibətimizi iş üzrə sübutlar araşdırıldıqdan sonra məhkəmə çıxışında bildirmək istəsək də, hazırda məcburiyyət qarşısında qalaraq bu vəsatətlə məhkəməyə müraciət edirik. Əfsuslar olsun ki, məhkəmə iclasında iştirak edən KİV-nin nümayəndələri dəfələrlə özlərinin dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır olan ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yanlış fikir yaratmaq istəyirlər. Halbuki, iş üzrə dinidirilmiş şahidlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinin əməkdaşı olan Rövşən Camalovun birbaşa hadisələrin şahidi olmuş Müsabi Namazovla bağlı verdiyi ifadəsi dərc edilmiş yazılarda geniş şəkildə öz əksini tapmayıb”.
Həmçinin vəkil sonda bildirib ki, Arif Alışanov uzun illərdir ki, respublika əhəmiyyətliolan AZTV kimi informasiya təşkilatının rəhbəridir: "Arif Alışanovunrəhbərliyi altında yüzlərlə insan çalışır, cəmiyyətdə hörmətli şəxs kimi xarakterizə olunur, böyük nüfuza malikdir, siyasi çəkiyə və Azərbaycan dövlətini təmsil edən vəzifə sahibidir və nəhayət bir ailə başçısıdır. Onun barəsində sübut olunmamış, özü ağır cinayətdə təqsirləndirilən şəxs tərəfindən əsassız olaraq, ajiotaj yaratmaq,əsas məqsədi ictimaiyyətin özünün törətdiyi əməllərlə bağlı məhkəmə prosesindən yayındırmaq niyətində irəli gəlir.
Bildiyiniz kimi, heç bir dəlil və sübut olmadan bir şəxsi xüsusilə ağır cinayətin törədilməsində ittiham edilməsi və bu məlumatların artıq KİV-də geniş şəkildə yayılması, Şücayət Əkbərov barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər.
Göstərilənləri nəzərə alaraq, məhkəmə iclasının sədri kimi, Sizdən xahiş edirik ki, yuxarıda göstərilən neqativ şər və böhtan xarakterli çıxışların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görəsiniz”.
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb