indoneziyanın Milli Kitabxanasının təzkil etdiyi sərgidə Azərbaycan da təmsil olunur

img

19-10-2010 [04:15]


Azərbaycan Respublikasının İndoneziya və eyni zamanda, Filippindəki səfirliyindən bildiriblər ki, səfirlik oktyabrın 18-dən 20-dək İndoneziyanın Milli Kitabxanasının təşkil etdiyi kitab sərgisində iştirak edir. Sərgidə Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərindən, Heydər Əliyev Fondundan göndərilmiş kitablar, Azərbaycanın milli geyim, tətbiqi sənət nümunələri, açıqçalar, səfirliyin Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşr etdirdiyi kitablar, DVD-lər, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar poçt markaları nümayiş etdirilmiş, onların bir qismi tədbirə gələnlər arasında yayılıb. İndoneziya Milli Kitabxanasının sədri Sri Sularsih sərgidə iştirakına görə səfirliyə minnətdarlığını bildirmiş, Azərbaycanın geniş tanıdılması məqsədi ilə belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Sərgidə diplomatik nümayəndəliklər, müxtəlif təhsil və tədris mərkəzləri, kitabxanalar, nəşriyyatlar iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA