Bəstəkarlar ittifaqından Dövlət Səs Yazıları Arxivinə lent yazıları təhvil verilib

img

19-10-2010 [04:07]


;rbaycan Bəstəkarlar İttifaqından Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə xeyli miqdarda çox qiymətli lent yazıları təhvil verilib. Bu barədə arxivin direktoru Yaqub Mədətov məlumat verib. Bildirib ki, həmin sənədlər uzun illər bəstəkarların müxtəlif janrlarda yaradıcılığını əks etdirən 1200-dən artıq qrammofon valından və 160 maqnitofon lent yazılarından ibarətdir. Bu sənədlər ötən əsrin 60-70-ci illərindən son dövrlərə qədər Azərbaycan bəstəkarlarının yaradıcılığı barədə tam təsəvvür yaradır. Hazırda həmin sənədlər dövlət uçotuna alınaraq elmi-texniki cəhətdən yoxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA