Bakı metrosunda insident - Oğlan özünü qatar yoluna atıb

img

24-05-2018 [12:45]


Bakıda metroda növbəti insident baş verib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 09:25-də "Koroğlu” stansiyasında baş verib.

Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal "Həzi-Aslanov” – "İçərişəhər” istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib.

Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA