II Beynəlxalq caz festivali davam edir

img

18-10-2010 [02:31]


II Beynəlxalq caz festivalı çərçivəsində Heydər Əliyev Sarayında növbəti konsert keçirilib. Festivalın ikinci günündə İngilis pop cazının liderlərindən olan ?Matt Bianko? caz ansamblının virtuoz ifası cazsevərləri əyləndirib. Onun ifasında Avropada ən hit sayılan kompozisiyalar səsləndirilib. Qeyd edək ki, ?Matt Bianko? caz ansamblının tərkibində bir neçə dəfə ciddi şəkildə dəyişiklik olmuşdur. Onlar dens-pop üslubunda ifa edirlər. Bu ifa isə qrupun Kuba rəqs ritmləri ilə ifa etdiyi caz aranjımanları ilə əlaqələndirilir. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və ?Sweet Production? təşkil etdiyi festival oktyabrın 30-dək davam edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA