Milli Məclisin növbədənkənar iclas çağrıla bilər

img

19-05-2018 [16:14]


Milli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Parlamentin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək. Sessiyanın sonuncu iclasının gündəliyi yaxın günlərdə açıqlanacaq. Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla yekunlaşacaq.

Bundan əlavə, son illər parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrılır. Bu il də istisna deyil.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçrilmişdi/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA