"Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir?" - Deputat

img

18-05-2018 [14:27]


"Olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar. Bunlar böhtan xarakterlidir”. 

Bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

"İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – S.Novruzov əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA