Səməd Seyidov: “AŞPA-nın qərarı mənim üçün qüsur yox, şərəfdir”

img

18-05-2018 [13:26]


 "AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: "Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü deyəndə sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA