"Həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır" - Şeyxdən xəbərdarlıq

img

15-05-2018 [12:03]


Bəzi dairələr daxildən və xaricdən Azərbaycana təsir göstərmək istəyir. 

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Dini amildən istifadə edərək İraqda, Suriyada vəziyyəti qarışdırdılar və Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var, erməni lobbisi də bu işdə fəaldır, onlar bizi yoldan çıxarmaq istəyirlər”.

A.Paşazadə dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: "Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA