Budəfəki əfv 500-dən çox məhbusa şamil ediləcək - Açıqlama

img

14-05-2018 [16:21]


Əfv Məsələləri üzrə Dövlət Komissiyasının iclasları yekunlaşmaq üzrədir.

Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib. R.Məcid qeyd edib ki, bu həftə ərzində də iclaslar davam edəcək:

"Bu il Komissiya çox məhsuldar işlədi. İndiyədək 1200-dək müraciətə baxılıb”.

Komissiya üzvü əfv sərəncamının 500 nəfərdən çox məhbusa şamil ediləcəyini vurğulayıb: "Bildiyiniz kimi, əfv sərəncamının imzalanması prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkə rəhbərinin humansit addım ataraq, növbəti əfv sərəncamını imzalayacağı gözlənilir. Bu isə məhbuslar və ailələri üçün sevindirici olacaq”.

R.Məcidin sözlərinə görə, əfv sərəncamının prezident İlham Əliyev tərəfindən mayın 28-dən bir neçə gün əvvəl imzalanacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA