Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi təsvir olunmuz poçt markaları buraxılıb

img

15-10-2010 [01:44]


Mənzil-iqamətgahı Niderland Krallığının Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rol oynayan Heydər Əliyev Fondu ilə ölkəmiz barədə onun hüdudlarından çox-çox uzaqlarda yerləşən Hollandiya vətəndaşlarının hərtərəfli məlumatlandırılmasında müstəsna rol oynayan qurum arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşığın təməli fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil almaları məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftəsonu məktəblərin dərslik və dərs ləvazimatları ilə təmin edilməsindən və hərtərəfli qayğı göstərilməsindən qoyulmuşdur. Bundan əlavə, fond Benilüks Azərbaycanlıları Konqresini Azərbaycan həqiqətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən kitablarla, broşürlərlə və digər vəsaitlərlə təmin etmişdir. Fondun bu qayğısına cavab olaraq BAK-ın fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi ilə ölkənin rabitə nazirliyi tərəfindən rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun emblemi təsvir olunmuş poçt markaları Hollandiyada dövriyyəyə buraxılmışdır. Markaların üzərində emblemin təsviri ilə yanaşı, ingilis dilində ?Heydar Aliyev Foundation? sözləri yazılmışdır. Niderland Krallığında dəyəri 0,44 sent olan və Avropa İttifaqına üzv ölkələrdə isə 0,77 sentə satılan markalardan fərqli olaraq, Heydər Əliyev Fondunun embleminin təsviri ilə buraxılmış markanın qiyməti 1 avrodur. Zərflər üzərində yapışdırılmaq üçün nəzərdə tutulmuş markanın bu cür qiymətləndirilməsi, bu markalı məktubların bütün Avropa ölkələrində hərəkətinə imkan yaratmışdır. Azərbaycanın Niderland Krallığındakı səfirliyi yeni markanın buraxılması ilə bağlı müəyyən tövsiyələr vermişdir. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi nəzərdə tutulur

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA