"Nədən çəkindiniz? Sosial şəbəkələrdən?" - Vitse-spiker deputatlara səsləndi

img

10-05-2018 [14:20]


"Zamanında Heydər Əliyevi özlərinə qarşı güc kimi görənlər bu gün onun Azərbaycanı irəli aparan güc olduğunu dərk etməkdədirlər. Heydər Əliyevin böyüklüyü bunda idi”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında deyib.

O həmçinin təəssüfləndiyini də vurğulayıb: "Təəssüf edirəm ki, bu gün onlardan kimsə öz fikrini söyləmək istəmədi. Nədən çəkindiniz? Sosial şəbəkələrdən? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında özünü təkzib etmiş olduğun halda belə ürəkdən gələn sözləri söyləmək lazımdır. Bu, bizim vətəndaş birliyimizə çox böyük töhvə verən iş olardı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA