"Hər kəs əməlinə görə cavab verməlidir" - Aydın Əliyevdən həbs iddialarına reaksiya

img

10-05-2018 [11:45]


Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılır.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalan adlandırıb:

"Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA