Azərbaycanda əməliyyat zamanı polis əməkdaşı yaralandı - Təfərrüat

img

09-05-2018 [12:14]


Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.
 
Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.

Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA