Borçalı Cəmiyyəti gürcü zairi Akaki Seretelinin 170 illiyinə həsr olunmuz tədbir keçirdi

img

15-10-2010 [11:38]


?Borçalı? İctimai Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birlikdə təşkil edib keçirdikləri tədbir görkəmli gürcü şairi Akaki Seretelinin 170 illiyinə həsr olunmuşdu. Birliyin Natəvan zalına toplaşan ziyalılar, elm və ədəbiyyat xadimləri, şair və yazıçılar bu məşhur şairin xatirəsinə həsr olunmuş tədbirin iki yaxın qonşu və dost ölkə arasında əcrlərdən bəri mövcud olan ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə verə biləcəyi töhfələrdən əminliklərini gizlətmədilər. Mərasimi AYB-nin katibi Arif Əmrahoğlu açaraq, Gürcüstan və Azərbaycan ədəbiyyatlarının ortaq cəhətlərindən danışdı, Akaki Seretelinin ədəbi fəaliyyətindən söz açdı. Mərasimi idarə etmək üçün söz ədəbiyyatşünas-alim Şahbaz Şamıoğluya verildi. Alim XIX-XX əsrlər gürcü ictimai-siyasi, ədəbi-mədəni fikrinin ən görkəmli nümayəndələrindən biri olan Akaki Seretelinin həyat və yaradıcılıq yolundan danışdı. Tədbirin təşəbbüskarı - ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycan və Gürcü xalqları arasındakı dostluq münasibətlərinin, tarixi çox-çox əsrlər əvvəllərə gedib çıxan ədəbi, mədəni, iqtisqdi və siyasi əlaqələrin günü bu gün də davam və inkişaf etdirilməsi yönündə atılması vacib olan addımlardan danışdı. Bugünkü tədbirin də məhz həmin körpünün dayaqlarının daha da möhkəmlənməsinə yardım edən növbəti gərəkli layihələrdən biri olduğunu diqqətə çatdırdı. Onu da qeyd etdi ki, ?Borçalı? Cəmiyyəti yaxın dövrlərdə gürcü ədəbiyyatında özünəməxsus yeri olan İlya Çavçavadzenin, Yetim Gürcünün və digər görkəmli şəxsiyyətlərin xatirə günlərini keçirməyi planlaşdırıb. BDU-nun ?Dünya xalqlarının ədəbiyyatı? kafedrasının müdiri, professor Pənah Xəlilov özüylə gətirdiyi ?SSRİ xalqları ədəbiyyatı? kitabında gürcü ədiblərinə, o cümlədən, Akaki Sereteliyə geniş yer verildiyini qeyd edərək, diqqətə çatdırdı ki, Azərbaycan xalqı gürcü ədiblərinin, gürcü xalqı isə Azərbaycan ədiblərinin yaradıcılıqlarını hər zaman yüksək qiymətləndirmiş və bu münasibətlər əsrlər boyunca hər iki xalqı bir-biri ilə mehribanlığa və sarsılmaz dostluğa səsləmişdir. Filologiya elmləri doktoru, professor Vəli Osmanlı isə çıxışında: ?Akaki Sereteli gürcü şair və yazıçılarının sıradan olanlarından biri deyil, o, qeyri-adi bir şairdir? ? deyərək, onu Azərbaycan dilini gözəl bilən, eyni zamanda Şərq poeziyasının incəliklərinə yiyələnmiş müqtədir bir ədib kimi səciyyələndirdi. Şair Abbas Abdulla Azərbaycan ədəbiyyatşünaslığında Akaki Seretelinin lazımınca tədqiq olunmadığından narahatlığını bildirdi, onun Azərbaycan poeziyasının müxtəlif formaları ilə səsləşən maraqlı şeirlərinin dilimizə çevrilməsinin zəruriliyindən danışdı. Tədqiqatçı Mədət Nurməmmədli, şairlərdən Osman Əhmədoğlu, Mədəd Coşqun, Oqtay Rza, Nizami Saraclı, Elbəyi Cəlaloğlu və başqaları öz çıxışlarında Azərbaycan-gürcü ədəbi əlaqələrində Akaki Seretelinin müstəsna rolundan söhbət açdılar, şairə həsr olunmuş şeirlər səsləndirildi. Gürcüstanın Azərbaycandakı Elçiliyinin nümayəndəsi Gela Georqadze Azərbaycan ziyalılarına, ?Borçalı? Cəmiyyətinə, həmçinin Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinə görkəmli gürcü şairinin xatirəsinə göstərdikləri ehtirama görə, dərin təşəkkürünü bildirdi, təmsil etdiyi Gürcüstan Elçiliyinin bu əlaqələrin daha da inkişafı yolunda əlindən gələni edəcəyinə söz verdi. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli mərasimi yekunlaşdırdı, xatirə şəkilləri çəkdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA