09-05-2018 [00:41]
Qoç – Müsbət təmayüllərin təsiri artır. Bir qədər əvvəl yaranmış problemləri asanlıqla olmasa da, uğurla həll edirsiniz. Yeni dost və müttəfiq qazana bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə sayğı bəsləyirlər. Çətin vəziyyətə düşəndə yardım istəməkdən çəkinməyin.
Hisslərin əsiri olmayın. Bəzi insanlar barədə onların layiq olduqlarından yaxşı düşünməyin. Olmayan yerdə əsla ideal aramayın. Düşünülməmiş addımlar atmayın, sonradan sizi peşman edəcək işlər görməyin.
Buğa – Sizin üçün tamamilə yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. Yeni müttəfiq və ya tərəfdaş seçməkdə intuisiya yardımçınız olacaq. Etimada layiq olmayan insanları yaxın buraxmayın. Diqqət, xüsusi zəhmət tələb edən işlərlə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında işgüzar fəallığınız yüksək olsun.
Bütün diqqəti işə ayıraraq şəxsi həyatı unutsanız belə, yaxınlarınız inciməyəcəklər. Yaşlı qohumların yardımlarına bel bağlaya bilərsiniz.
Əkizlər – Maliyyə işlərində uğurlar olacaq. Bu gün bağlanan müqavilələr və əldə edilən razılaşmalar yaxşı gəlir vəd edir. Danışıqlar yaxşı keçir. Nüfuzlu tərəfdaşlardan biri ilə qeyri-formal şəraitdə müzakirələr aparmaq olar. Yeni tanışlar sizə zahiri görünüşünüzə görə qiymət verirlər. Bunu unutmayın.
Ekstravaqant addımlar atmayın.
Yaxınlarınızdan biri sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda müəyyən dəyişikliklər etmək gərəkdir və bu, sizi qıcıqlandırmamalıdır. Etiraflar üçün əlverişli zamandır.
Xərçəng – Gərgin, mürəkkəb gündür. Tələskənlik və qarğaşa şəraitində özünüzü rahat hiss etmirsiniz. Mənfi emosiyaların təsirinə düşməyin. Bütün diqqəti işə ayırın. Diqqətsizlik acı yanlışlıqlara səbəb ola bilər. Adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyin. Belədə ətrafınızdakı insanlar işgüzarlıq və bacarıqlarınıza şübhə edə bilərlər.
Günün ikinci yarısında maliyyə itkiləri, mənasız xərclər istisna deyil. Böyük miqyaslı anlaşmalar və sövdələşmələr, bahalı nəsnənin alınması məsləhət deyil. Səfər və ya səyahəti ləğv edin, ya da təxirə salın.
Şir – Ambisiya və eqoizminizlə, yanlış gözləntilər və illüziyalarla mübarizə aparın. Ani istəklərin toruna düşməyin, öhdəliklər və vədlərinizi unutmayın. İradəli, əzmli olun. Hisslərinizə əsir olsanız, uğursuzluqdan yayına bilməyəcəksiniz. Spontan alış-veriş, planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin.
Yumşaqlıq, güzəştə meylli olmaq, səmimiyyət yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi qorumağa imkan verəcək. Məntiqli davranın. Yaxınlarınızın məsləhətlərinə qulaq asın.
Qız – Bu gün istənilən səddi dəf edə bilərsiniz. Tapşırıqlar və görüləsi işlər çox olsa da, yorulmayacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə çatmaq istəyirlər. Geridə qalanlara sinirlənməyin. Zərurət yaranarsa, onlara yardım edin. Gördüyünüz işin ödənişini bir qədər sonra alacaqsınız.
İşdə rəhbərliklə və ya nüfuzlu şəxslərlə qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Yaxınlarınızla münasibətlərdə diqqətli, həssas olun. Yaradıcı, işgüzar məzmunlu yeni layihəyə başlamaq olar.
Tərəzi – Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas olun. Özünüzü anlamağa çalışın. Kiçik problemlər sizi ruhdan salmasın. Baş verənlərin hamısına mənfi yanaşmayın. Haqqınızda söylənən təriflərə çox inanmayın, tənqidlərə aqressiv reaksiya verməyin.
Yaxınlarınızın xahiş və təkliflərini qulaqardına vurmayın. Tanışlardan biri sizdən yardım istəyə bilər. Fırıldaqçı və manipulyator üçün "şikar”a çevrilməyin.
Həllini tələb edən problemlərin önəmini anlamağa çalışın, çünki siz hələlik aysberqin zirvəsini görürsünüz. Tələsməyin. Az sonra situasiya aydınlaşacaq və nə etmək gərəkdiyini biləcəksiniz.
Əqrəb – Yaxın ətrafınızdakı insanların dəstəyi və yardımları indi xüsusi əhəmiyyət kəsb edir. Dəstək alacaqsınız, amma yardımlar gözləntilərinizə uyğun miqyasda və həcmdə olmayacaq. Müstəqil işləməkdən çəkinməyin. Müttəfiq və tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Onlara dəyər verdiyinizi göstərin. Bütün bunlar münasibətlərlə bahəm, ümumi layihəyə də müsbət təsir edəcək.
Sirli, müəmmalı, mistik məqamlara maraq artır. Amma unutmayın ki, onların hamısının trivial izahı var. Qarşılıqlı təmaslarda diqqətli olun. İlk dəfə qarşılaşdığınız insana inanmayın.
Oxatan – Maraqlı və aktual informasiya ala bilərsiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Zaman indi bədxah və rəqiblərinizin xeyrinə işləyir. Yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı anlaşma və ya sazişə nail olmaq mümkündür. Biznesə və ya perspektiv saydığınız layihəyə sərmayə yatıra bilərsiniz.
Sevdiyiniz insanla təmaslar müsbət emosiyalar bəxş edəcək. Arzularınızdan biri çox yaxında çin olacaq. İntuisiyanıza güvənin. O, hətta ən çətin və mürəkkəb məqamlarda sizi aldatmayacaq.
Oğlaq – Mürəkkəb, ciddi işlər və önəmli görüşlər üçün münasib olmayan gündür. Səbirsiz, tələskən, qıcıqlı olmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyətin yeni sahəsini təklif edəcəklər. Yardım istəyənə kömək edin, ümidləri qırmayın. Dəstək arayan insanı dinləyin.
Çalışdığınız yerdə və ailədə problemlər, mübahisələr yarana bilər. İşdəki problemi, qarşıdurmanı tezliklə həll edəcəksiniz. Ailədə isə güzəştə getməsəniz, müdrik olmasanız, problem xroniki hal ala bilər.
Dolça – Ötən günlərdə yaranmış qeyri-müəyyən situasiyalar aydınlaşır. Bundan sonra necə hərəkət etməli olduğunuzu anlayırsınız. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Həmin təkliflər maliyyə durumunuzun dərhal yaxşılaşması ilə bağlı olmasa da, perspektiv baxımından pis deyil.
Yeni istiqamətdə və ya layihədə çalışmaq olar.
Yaxın qohumlar, habelə sevdiyiniz insanla münasibətlərdə ciddi irəliləyişlər olacaq. İndiyədək sürəkli mübahisə etdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.
Balıqlar – Sakit və rəvan, yarımçıq işlərin başa çatdırılması, nəticələrə nəzərə salınması üçün əlverişli gündür. Heç hara tələsməyin. Yaranmış situasiyanı təhlil edin, planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlara məsləhətlər verin. Onlar səylərinizə dəyər verəcək, xırda işlərlə yanaşı, ciddi məsələlərlə bağlı sizə müraciət edəcəklər.
Ailə üzvləri ilə təmaslarda həssas olun. Şəxsi münasibətlərdə diqqətli olun. Yaxın bildiyiniz insanla təmaslar xoşdur, qarşılıqlı anlaşma var. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək.
Gəlirlər istisna deyil.
Milli.az
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu