6 pambıqçı qadının faciəli şəkildə ölməsi ilə bağlı DİN-dən AÇIQLAMA

img

08-05-2018 [10:31]


Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda 6 qohumun faciəli şəkildə ölməsi barədə rəsmi məlumat yayıb.

Mia.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi "Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb. Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA