“Bakı-Tbilisi-Supsa neft-ixrac boru kəməri ərazisində dəqiq məlum olmayan qoşun hissələri var" - Vitse-spiker

img

07-05-2018 [18:25]


 "Bakı-Tbilisi-Supsa neft-ixrac boru kəmərinin Gürcüstandan keçən hissəsindən 1.5 kilometr aralı ərazidə Cənubi Osetiyada yuridiksiyasi dəqiq məlum olmayan qoşun hissələri var. Ermənistanda hər hansı bir siyasi problem yarananda, ölkə rəhbərliyi özünün qəhrəmanlığını göstərmək üçün belə bir şüarla çıxış edir ki, lazım olarsa, Azərbaycanın valyuta ehtiyatlarını artıran Bakı-Tbilisi-Ceyhan boru kəmərini partlada bilərik. Ona görə də bu münaqişələr dondurulmayıb”.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

O qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır: "Biz bu problemləri çözə bilərik. Bu münaqişələrin təməlində etnik və dini problemlər durmur. Bu münaqişələr sərmayəçilər üçün təhlükədir”.

report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA