Qarabağın sərvətləri Avropa bazarlarına çıxarılır

img

07-05-2018 [16:34]


"Azərbaycanın işğal altında qalan ərazilərindən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır”.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir.

Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautala bildirib ki, Dağlıq Qarabağdan ixrac olunan malların Avropa bazarlarında satılması məsələsinə beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA