"Kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır” - Vitse-spikerdən deputata cavab

img

04-05-2018 [14:46]


 Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib. 

"Report”un xəbərinə görə, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov (Babaoğlu) çıxış edib.

O deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”. 

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər: "Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA