02-05-2018 [19:10]
Azərbaycan prezidentiİlham Əliyev, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri xalq rəssamı, professor Tokay Həbib oğlu Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Mia.az-ın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat edib.
Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışıb. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə "Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləyib. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq” kafedrasının professoru olub.
Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutub, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.
Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirib. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.
Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanıb, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırıb.
Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərib. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayıb, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb edib. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olub. Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şərəf” və "Şöhrət” ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR