Gürcüstan isti­qamətindən sərhədimizi pozan 4 əcnəbi saxlanıldı - DSX təfərrüatları yaydı

img

02-05-2018 [10:01]


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 4 nəfər əcnəbinin dövlət sər­hə­di­nin pozmasının qarşısını alıblar.

Bu barədə DSX-dan Mia.az-a veirlən məlumata görə, hadisə aprelin 29-da Dövlət Sərhəd Xidmətinin "Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisində baş verib:

"Həmin tarixdə Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılmışdır.

Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəl­lüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilmişdir. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkar olunmuşdur.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələ­ri­nə getmək məqsədilə dövlət sərhədini poz­­araq Gürcüstan ərazisinə keç­məyə cəhd göstərmələri müəyyən edil­miş­dir.  

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA