“Ermənilər Qarabağda atəşkəsi poza bilər” - Deputatdan xəbərdarlıq

img

01-05-2018 [13:03]


Deputat Qüdrət Həsənquliyev Ermənistandakı vəziyyətlə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif edib.

O bildirib ki, Ermənistanda vəziyyət gərginləşib: 

"Hətta bu gün Paşinyan baş nazir seçilsə də sabitlik yaradacağı şübhə doğurur. Orada atəşkəsi poza bilərlər. Azərbaycan dövləti hazır olmalıdır ki, cəsarətli qərar qəbul etsin və torpaqları işğaldan azad etsin. Oradakı prosesləri diqqətlə izləməliyik. Ermənistan yaxın zamanlarda böyük vətəndaş qarşıdurmasına girəcək və Qarabağda atəşkəsi poza bilərlər. Azərbaycan beynəlxalq təşkilatlarla və Rusiya ilə intensiv münasibətlər aparmalıdır”.

Spiker isə depuatat cavab verib ki, Azərbaycan ordusu istənilən provakasiyaya hazırdır/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA