01-05-2018 [10:09]
Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun fasilədən sonra mətbuata açıqlama verib.
Mia.az xəbər verir ki, o, Modern.az-a bəzi məsələlərlə bağlı danışıb.
Bir vaxtlar siyasi meydana qatılsa da, indi siyasətdən tamam uzaq olduğunu bildirib: "Hazırda teatr səhnəsi üçün tamaşalar yazıram. Yaradıcı işlərimdən zövq aldığımı deyə bilərəm. Artıq siyasətdə də yoxam. 2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi. Amma 2013-cü ildə siyasətə qatılmaqla Cəmil Həsənli kimi dəyərli bir insanı tanıdım Bu gün də əlaqələrimiz var”.
Rüstəm İbrahimbəyov mərhum qardaşı Maqsud İbrahimbəyovun bu yaxınlarda olmuş Yaradıcılıq Mərkəzinin açılışından da söz açıb.
"Qardaşım Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsinə çox şad oldum. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da açılışda iştirak etmişdi. Ümumiyyətlə, onların hər birinə təşəkkür edirəm ki, Maqsudla mənim baba ocağımı diqqətdən kənar qoymadılar. Bu, həm də Maqsudun dünya şöhrətli yazıçı olmasından irəli gəlir ki, dünyasını dəyişsə də, onunla bağlı xatirələr unudulmadı. Bundan sonra həmin binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək”.
O, Bakı üçün darıxdığını da dilə gətirib:
"Vətənim üçün çox darıxıram. Yalnız bir dəfə Bakıya gəlmək qismət oldu. O da qardaşım dünyasını dəyişəndə... Sadəcə, indi vətənim üçün darıxsam da, gəlməyə o qədər də marağım yoxdur”.
Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkildi.
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR