Azərbaycanda tutulan şəxs Türkiyəyə təhvil verildi - FETÖ ittihamı

img

28-04-2018 [09:33]


Azərbaycanda tutulan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü Mustafa Ceyhan Türkiyəyə aparılıb.

Mia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki,  Mustafa Ceyhan dünən İstanbula gətirilib. O, Atatürk adına Hava Limanında Tükiyəyə təhvil verilib.

M.Ceyhan FETÖ üzvü olmaqda ittiham olunaraq, barəsində axtarış elan olunub. O, ötən ilin aprelində Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA