Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar

img

27-04-2018 [12:59]


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, "Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

"Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı isə özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­karlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.


Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA