XİN-dən beynəlxalq birliyə müraciət: ""Metsamor" stansiyası təhlükə mənbəyidir"

img

26-04-2018 [11:41]


 "Çernobıl faciəsi qurbanlarının Beynəlxalq Anım Günündə Ukrayna, Belarus və Rusiya Xarici İşlər nazirlikləri ilə həmrəy olduğumuzu təsdiq edirik".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu faciənin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib.

"Biz həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisində yerləşən və 1976-cı ildə "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-ə yönəltməsini istərdik. Çünki "Metsamor" stansiyası təhlükə mənbəyidir", - H.Hacıyev söyləyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA