Daha iki vəkilin fəaliyyəti dayandırıldı - Səbəb

img

24-04-2018 [11:34]


Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb.

"Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun VK-yə şikayəti əsasında baş tutub.

R.Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.

Eyni üsulla Rüstəm Usubov vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. Vəkil Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA