Deputatdan təyinat xəbərinə şərh: "İdman naziri olacağımla bağlı aparılan kampaniyanı..."

img

22-04-2018 [21:47]


"Dostlar, sosial şəbəkədə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz və bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir".

Mia.az xəbər verir ki, bu sözləri deputat Adil Əliyev sosial şəbəkədə yazıb.

Deputat bildirib ki, Azad  Rəhimov yaxın dostudur, həm də yaxşı insandır: "Federasiya olaraq, nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam.

Bu gün kimisə facebook üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən, millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm.  Xoş arzu və istəklərinizə görə hər kəsə təşəkkür edirəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA