İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb - Xəsarət alanlar var

img

22-04-2018 [18:05]


 İmişli rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanının yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb.

Hadisə zamanı "Mercedes"də olan İmişli sakinləri: - 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı - 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: - 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralılar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gedirmiş.

Faktla bağlı araşdırma aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA