Vəzifədən alınan Abid Şərifov danışdı: "Allah İlham Əliyevə cansağlığı versin"

img

21-04-2018 [20:41]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yol salınanlar sırasında olub.

Mia.az xəbər verir ki, Baş nazirin keçmiş müavini Abid Şərifov  Gununsesi.info-ya ölkə başçısının sərəncamını şərh edib: ”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu, mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə cansağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA