Əbülfəs Qarayev: "2010-cu ildə mədəniyyət xərcləri ötən ilə nisbətən 13 faiz artıb"

img

07-10-2010 [01:51]


Bu gün Milli Məclisin Elm və təhsil, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunub. Maliyyə nazirliyinin şöbə müdiri Xəqani Rzayev iclasda çıxış edərək 2011-ci ilin dövlət büdcəsi haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Dövlət Neft Fondundan gələn ilin dövlət büdcəsinə köçürmələrin artırılması nəzərdə tutulur. Bu da 2011-ci ildə neft-qaz satışından əldə olunan olunan gəlirlər hesabına təmin ediləcək. İclasda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə ötən il ilə müqayisədə 2010-cu ildə mədəniyyət sahəsində xərclərin 13 faiz artdığını bildirib. Nazir 2011-ci ilin dövlət büdcəsində mədəniyyət və turizm sahəsinə ayrılmış vəsaitlə bağlı da öz fikirlərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA