Jurnalisti döyən şəxslə bağlı bank sədrindən açıqlama: "Riad Paşayevin barəsində ciddi ölçü götürüləcək"

img

18-04-2018 [17:21]


Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.

Araşdırma əsasında müəyyən edilib ki, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən şəxs Riad Ceyhun oğlu Paşayev "Azərtürkbank”ın Bakı filialının müdiri vəzifəsində çalışır.

Mia.az xəbər verir ki, hadisə ilə bağlı "Azərtürkbank”ın idarə heyətinin sədri Orxan Hüseynov "Bizim Yol"-a açıqlamasında məsələdən xəbərdar olduğunu, bu barədə tədbir görüləcəyini bildirib:

"Mən də bu barədə məlumatı oxumuşam. Bizim Bakı filialının müdiridir. O, həmin vaxtdan, yəni hadisə baş verdiyi andan məzuniyyətdədir. Bildiyim qədər ilə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin hadisə ilə bağlı bizə rəsmi məlumat daxil olacaq. Bu rəsmi məlumat daxil olan kimi, biz bu barədə ciddi tədbir görəcəyik".

Bankın İH sədir deyib ki, hazırda onlara rəsmi məlumat daxil olmayıb:

"Hadisə KİV-də yayılıb. Əgər burda etiraf varsa və bununla bağlı hüquqi prosedur başa çatdıqdan sonra bu barədə ciddi tədbir görüləcək. Bu məsələ şəxsən mənim nəzarətimdədir. Çünki biz istənilən bir şəxsi işə götürdükdə də onlara insanlarla xoş rəftar etmələrini, istər bank daxilində, istərsə də bank xaricində, xüsusən də mətbuat adamlarıyla, jurnalistlərlə ünsiyyət məsələlərinə xüsusi önəm veririk.

Dediyim kimi bu məsələ şəxsən mənim nəzarətimdədir. Mən, lazimi tapşırıqlar vermişəm. Biz özümüz də bu məsələ ilə bağlı məlumat toplayırıq. İstənilən halda bu barədə ciddi ölçü götürüləcək. Mən bunu bankın idarə heyətinin sədri olaraq, rəsmi şəkildə bildirirəm”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA