"Yunanıstandakı həmvətənlərimiz siyasi kursunuzu daim dəstəkləyir" - Rəşid Məmmədov Prezidentə məktub ünvanladı

img

18-04-2018 [16:43]


"Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibəti ilə təbrik edib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Möhtərəm cənab Prezidentimiz.

"Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində rəsmi fəaliyyətə başlamışdır. Sizin müdrik rəhbərliyinizlə ölkə xaricində yaşayan hər bir Azərbaycan vətəndaşı öz həyatında dövlət qayğısını hiss edir. Sizin fəaliyyətiniz dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Möhtərəm cənab Prezident, "Qala” Cəmiyyətinin bütün üzvləri adından aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edir, Yunanıstanda yaşayan həmvətənlərimizin Sizin siyasi kursunuzu daim birmənalı olaraq dəstəklədiklərini bildirmək istəyirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA