Mübariz Mənsimovla Telman ismayılov üz-üzə gəlir

img

06-10-2010 [01:08]


Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" qardaş ölkədə bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır. ?Qafqazinfo?nun məlumatına görə, cənub təmsilçisinin rəqiblərindən birinin artıq adı məlum olub. Belə ki, azərbaycanlı iş adamı Mübariz Mənsimovun fəxri prezident olduğu "Xəzər Lənkəran", digər həmyerlimiz, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun oğlu Sərxan İsmayılovun vitse-prezident səlahiyyətini icra etdiyi "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmanın dəqiq baş tutacağı bildirilsə də, oyunun yeri və vaxtı hələlik məlum deyil. Qeyd edək ki, AVRO-2012 seçmə mərhələsi çərçivəsində millinin oyunlarına görə Unibank Premyer Liqasında 10 günlük fasilə yaranıb. ?Xəzər Lənəkran"ın Türkiyə toplanışı isə oktyabrın 13-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA