"Əsəd 7 ildir xalqına zülm edir, bunu indimi gördünüz?" - Türkiyənin Baş nazirindən Qərbə mesaj

img

14-04-2018 [17:08]


Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün keçirdiyi mitinqdə koalisiya qüvvələrinin Suriyaya zərbə endirməsini həm alqışlayıb, həm də Qərbə mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Suriyada 7 ildir rejimin xalqa zülm etdiyini deyib: "Lakin bu 7 il ərzində onun zülmünü görmürdülər sanki. İndi kimyəvi silah söhbəti ortaya çıxan kimi, ortaq hərəkətə keçdilər. Oysa ki, belə hücumlar 7 il əvvəldən olmalıydı".

Yıldırım qeyd edib ki, Türkiyə ABŞ, Fransa və İngiltərənin Suriyaya birgə hücumunu dəstəkləyir: "Səhər saatlarında ABŞ və koalisiya müttəfiqləri Suriyaya qarşı əməliyyat keçirdi. Bunu müsbət bir addım kimi qiymətləndiririk, ancaq daimi sülh üçün daha çoxuna ehtiyac var”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA