Xalq Sarkisyanın baş nazir olmasına “yox” deyir - Ermənistanda GƏRGİNLİK

img

14-04-2018 [13:50]


Ermənistanın paytaxtı İrəvanda eks prezident Serj Sarkisyanın baş nazir postuna keçməsinə qarşı aprelin 13-dən etriaz aksiyaları başlayıb.

Etirazçılar ötən axşamdan başlayaraq Opera və Balet teatrının qarşısından Fransa meydanına qədər yürüş keçiriblər.

Bundan başqa, Respublika Partiyasının ofisini mühasirəyə alan kütlə Serj Sarkisyanın rəsmən baş nazirliyə namizəd olacağını elan edəcək partiya toplantısına qarşı çıxıb.

Hazırda dava edən aksiyaya indi də tələbələr qoşulublar. Aksiyanın əsas təşkilatçılarından olan "Yelk" fraksiyasının deputatı Nikola Paşinyan Serj Sarkisyan və ətrafının Respublika Partiyasının iclasını Çaxkadzor şəhərində keçirməklə bağlı qərara qəbul etdiyini açıqlayıb.

Etirazçılar avtobuslarla Yerevandan Çaxkadzora gedərək yenidən partiyanın Sarkisyanı baş nazirliyə namizəd elan etməsinə mane olmağa cəhd göstərəcək/modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA