"Düzgün qərardır" - Türkiyədən ABŞ-a dəstək

img

14-04-2018 [10:57]


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.

Bildirilib ki, aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiqdir:

"Rejim tərəfindən həyata keçirdiyi yönündə güclü şübhə olan Duma hadisəsi qarşısında bütün insanlığın vicdani duyğularına uyğun olan bu əməliyyatı məmnunluqla qarşılayırıq. Kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahları ilə mülki şəxsləri hədəf alan hücumlar insanlığa qarşı cinayətdir. Yeddi ildən çoxdur ki, istər adi silahlar, istərsə də kimyəvi silahlarla öz xalqına zülm edən Suriya rejiminin insanlığa qarşı cinayətləri, eləcə də hərbi cinayətləri ortadadır. Beynəlxalq ictimaiyyətin vicdanında bu məsələdə şübhə yoxdur. Türkiyə bu cür cinayətlərin cəzasız qalmaması və günahkarların cəzalandırmasının bənzər hadisələrin təkrarının qarşısının alınması baxımından kritik önəmə sahib olduğuna inanır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA