Avropa İttifaqından seçki bəyanatı: "Azadlıqları məhdudlaşdıran qanunlara uyğun keçirilib"

img

13-04-2018 [16:07]


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarının mətbuat xidməti Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası qeyd edib ki, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət göstərib və onlar sərbəst işləyə bilib ki, bu da konsruktiv addım sayılır.

Missiyanın hesabatına görə, seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları – toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib.

Seçki günü müşahidəçilər şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər.

Avropa İttifaqı Azərbaycan hakimiyyətinin Şurada iştirak edəcəyini, bu və əvvəlki seçkilərlə bağlı ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirəcəyini gözləyir. Aİ bu prosesdə yardım etməyə hazırdır.

Aİ Azərbaycan xalqı və Azərbaycanla Aİ arasında münasibətlər naminə yeni prezidentlik dövründə demokratiya və insan hüquqları məsələlərinin həlli məqsədilə Azərbaycanla dialoqu və sıx əməkdaşlığı davam etdirəcəyinə ümid edir”.

Onu da qeyd edək ki, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır/Amerikanınsesi.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA