Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub - Müzakirə

img

12-04-2018 [20:25]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.

Nazirlər Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) beşinci sammitinin sənədlərinin hazırlanması istiqamətində işləri müzakirə ediblər.

Qeyd edək ki, Xəzəryanı ölkələrin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur, lakin tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib. Xəzəryanı ölkələrin sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması təklif olunur. Sənəd Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında su ehtiyatlarının istifadəsini tənzimləməlidir. Onun razılaşdırılması artıq bir neçə ildir ki, davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA