"Qərbdəki bir sıra siyasi qüvvələrin mənfi rəyi..." -Rusiya XİN-dən Azərbaycandakı seçkilərə reaksiya

img

12-04-2018 [19:02]


Rusiya Xarici İşlər Nazirliyi qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib.

APA-nın verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib.

"Bu, faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürük ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu. Biz belə münasibəti Qərbdəki qeyri- hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə görürük”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA